Əsas məzmuna keç

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - 08.08.2023

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - 08.08.2023

Fövqəladə Hallar Nazirliyi () ölkə ərazisində müşahidə olunan ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam , temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir.

Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…