Əsas məzmuna keç

“Falkland adaları Britaniyaya məxsusdur"

“Falkland adaları Britaniyaya məxsusdur"

Donald Trampın gözlənilməz açıqlaması Argentina ilə mübahisəli əraziyə dair siyasəti dəyişə bilər. Pentaqon və Con Hili arasında gərginlik artır. Detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Prezidenti Böyük Britaniyanın adaları üzərində suverenliyi ilə bağlı Vaşinqtonun mövcud mövqeyini yenidən nəzərdən keçirə biləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ prezidentinin açıqlaması Vaşinqtonun Londonu müdafiə xərclərini artırmağa təşviq etmək məqsədilə Falkland adaları ilə bağlı siyasətini dəyişə biləcəyi barədə xəbərlərin yayılmasından sonra səslənib.

ABŞ-nin yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, NATO müttəfiqlərinin müdafiə xərclərini artırmaqla bağlı öhdəliklərini nəzərdən keçirir. Onun sözlərinə görə, bu prosesdə Böyük Britaniyaya xüsusi əhəmiyyət veriləcək.

Rəsmilər Vaşinqtonun Falkland adaları üzərində Britaniya suverenliyinə dair mövqeyini dəyişməsini Londonu müdafiə xərclərini artırmağa təşviq etmək üçün nəzərdən keçirilən variantlardan biri kimi təqdim ediblər.

Böyük Britaniyanın maliyyə naziri Con Hili isə ölkəsinin müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmaq planını dəstəklədiyini bildirib. Hili bu planla bağlı qərarın yaz aylarında keçiriləcək qiymətləndirmədən sonra açıqlanacağını deyib.

Nazir həmçinin ABŞ-nin Falkland adalarının suverenliyi məsələsində Argentinanın mövqeyini dəstəkləyə biləcəyi barədə iddialardan xəbərdar olmadığını bildirib.

“Falkland adaları Britaniyaya məxsusdur. Ada sakinləri bunu istədikləri müddətdə də Britaniyaya bağlı qalacaqlar”, - Hili vurğulayıb.

Falkland adaları Cənubi Atlantik okeanında yerləşir və uzun illərdir Böyük Britaniya ilə arasında suverenlik mübahisəsinin predmetidir. 1982-ci ildə iki ölkə arasında adalar uğrunda müharibə baş vermiş, nəticədə Britaniya adalar üzərində nəzarəti qoruyub saxlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…