Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Antonio Kosta Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

2 dəq
Paylaş:
Antonio Kosta Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

Avropa Şurasının prezidenti Antonio Kosta Ermənistanın Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Kosta bildirib ki, xalqı sülh, sabitlik və qonşularla daha güclü əməkdaşlığa əsaslanan gələcəyə səs verib.

“Əldə edilən nəticələrə görə Nikol Paşinyanı təbrik edirəm. Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsindəki rolunuzla fəxr edə bilərsiniz”, - deyə o qeyd edib.

Avropa Şurası prezidenti həmçinin vurğulayıb ki, Ermənistan və Avropa İttifaqı arasında daha da genişlənir.

Onun sözlərinə görə, tərəflər enerji, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar yaradır və bu region üçün daha dinc və firavan gələcəyə töhfə verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax