Əsas məzmuna keç

"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı məhkəmə iddiası qaldırdı

"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı məhkəmə iddiası qaldırdı

Belçika mərkəzli maliyyə qurumu 220 milyard avroluq təzminat qərarına etiraz edir. Moskva Arbitraj Məhkəməsinin hökmü qarşısında şirkət hansı addımı atacaq?

en ru

Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçika mərkəzli maliyyə qurumu "" Mərkəzi Bankına qarşı Brüssel Ticarət Məhkəməsində iddia qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Euroclear" Rusiyanın məhkəməsinin şirkətə qarşı 220 milyard ödəniş qərarının icrasının qarşısını almaq məqsədilə hüquqi prosedura başlayıb.

Brüssel Ticarət Məhkəməsində qaldırılan iddia üzrə ilk iclası artıq keçirilib.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın xarici valyuta ehtiyatlarının təxminən yarısını dondurmuşdu. Aİ ərazisində dondurulan Rusiya aktivlərinin əhəmiyyətli hissəsi Belçikada "Euroclear"in hesablarında saxlanılır. Hazırda şirkətin hesablarında 200 milyard avrodan çox Rusiya aktivi mövcuddur.

Xatırladaq ki, Moskva Arbitraj Məhkəməsi mayın 15-də Rusiya Mərkəzi Bankının "Euroclear"a qarşı qaldırdığı iddianı təmin edərək, şirkətdən təxminən 220 milyard avronun tutulmasına qərar vermişdi.

"Euroclear" isə Moskva məhkəməsinin bu iş üzrə yurisdiksiyaya malik olmadığını bildirir. Şirkət hesab edir ki, baş qərargahı Brüsseldə yerləşdiyi üçün işə baxmaq səlahiyyəti yalnız Belçika məhkəmələrinə məxsusdur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…