Operativ Məlumat Mərkəzi

Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artır

2 dəq
Paylaş:
Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı artır
bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb. "Bütün yoluxma halları Araqatsotn vilayətində qeydə alınıb. Dörd xəstənin vəziyyəti ağırdır,...

Ermənistanda Qərbi Nil virusuna 58 yoluxma halı aşkarlanıb, 41 nəfər xəstəxanaya yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb.

"Bütün yoluxma halları Araqatsotn vilayətində qeydə alınıb. Dörd xəstənin vəziyyəti ağırdır, qalanları orta ağırdır", - deyə qeyd edilib.

Nazirlik qeyd edib ki, ölkədə meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb.

QƏRBİ NİL VİRUSU NƏDİR?

Əsas sahibinin vəhşi quşlar olduğu Qərbi Nil Virusu ağcaqanad dişləməsi ilə ötürülən virus infeksiyası növüdür. Bu növün ağcaqanadları çirkli sularda və septik çənlərdə çoxalır və gecələr qanla qidalanır. Potensial həyati təhlükəsi olan Qərbi Nil İnfeksiyası bir çox nevroloji simptomlara səbəb olur. İnsandan insana keçməyən xəstəlik anadan körpəyə ancaq doğuş və ana südü ilə keçə bilər. 50 yaşdan yuxarı insanlar, xərçəng və immun çatışmazlığı olan xəstələr, orqan transplantasiyası, diabet və böyrək çatışmazlığı olan insanlar Qərbi Nil Virusuna yoluxma riski altındadır. Həmçinin, spirtli içki aludəçiləri, digər əsas xəstəlikləri olanlar, diabet və hipertoniya xəstələri də riskli qruplar arasındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər