Əsas məzmuna keç

Ermənistanda 19 yaşlı hərbçinin qətli ilə bağlı iki nəfər həbs edilib

Ermənistanda 19 yaşlı hərbçinin qətli ilə bağlı iki nəfər həbs edilib

Sevan şəhərində müqaviləli hərbi qulluqçunun öldürülməsi faktı üzrə cinayət işi çərçivəsində iki şübhəli şəxs saxlanılıb.

en ru

Ermənistanın Sevan şəhərində 19 yaşlı müqaviləli hərbi qulluqçu Xaçatryanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" ölkənin Baş Prokurorluğuna istinadən xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər barəsində qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri nəticəsində N.M. və A.M. adlı şəxslər bir ay müddətinə həbs ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə açılıb.

Xatırladaq ki, hadisə fevralın 21-də baş verib. Qətlə yetirilən Aram Xaçatryan "Vətən müdafiəçisi" proqramının iştirakçısı olub.

O, 2025-ci ildə Ermənistan Silahlı Qüvvələrinə çağırılıb və altı aylıq xidmətdən sonra müqavilə imzalayaraq doğma kəndinin yaxınlığındakı hərbi hissədə xidmətini davam etdirib.

Məlumata görə, hərbçi hadisədən iki gün əvvəl növbəsini başa vurub və naməlum səbəbdən Sevan şəhərinə yollanıb və orada öldürülüb. Faktla bağlı araşdırmalar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…