Əsas məzmuna keç

Ermənistan və İran nazirləri görüşdü

Ermənistan və İran nazirləri görüşdü

Suren Papikyan Tehranda Aziz Nasirzadeh ilə hərbi tərəfdaşlığın perspektivlərini nəzərdən keçirdi. Səfir Grigor Hakobyanın da qatıldığı görüşün mühüm detalları.

en ru

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Ermənistanın İranın müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri briqada generalı Nasirzadeh ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Grigor Hakobyan da iştirak edib.

Suren Papikyan hesabında bildirib ki, Ermənistan-İran müdafiə əməkdaşlığının səviyyəsi yüksək qiymətləndirilib, ikitərəfli münasibətlərin inkişafı üçün işlərin davam etdirilməsində qarşılıqlı əzm ifadə olunub və əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…