Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyənin milli müdafiə naziri Liviya xalqına başsağlığı verib

2 dəq
Paylaş:
Türkiyənin milli müdafiə naziri Liviya xalqına başsağlığı verib

Türkiyənin milli Yaşar Gülər Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı Liviya xalqına başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, türk və ərəb dillərindəki başsağlığı mətni dekabrın 24-də Türkiyənin Müdafiə Nazirliyinin səhifəsində yerləşdirilib.

Liviyanın Baş Qərargah rəisinin rəhbərlik etdiyi olan şəxsi təyyarə dünən axşam Ankaradan Tripoliyə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb.

Təyyarə qəza siqnalı göndərib, lakin tezliklə radarlardan itib. Liviya Müdafiə Nazirliyinin 5 nümayəndəsi və 3 heyət üzvü həlak olub. Təyyarənin qalıqları Ankaradan təxminən 100 kilometr cənubda - Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında aşkar edilib. Türkiyənin naziri Ali Yerlikaya dünən yerli vaxtla saat 20:52-də radarlardan itən təyyarənin qara qutusunun tapıldığını açıqlayıb.

Hadisə ilə bağlı Liviyada matəm elan olunub. Ölkə hökuməti faciənin səbəblərinin müəyyən edilməsi üçün işləri əlaqələndirmək məqsədilə Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət qrupu Türkiyəyə göndərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax