Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Abbas Əraqçi ABŞ ilə Bürgenstok danışıqlarının detallarını açıqladı

3 dəq
Paylaş:
Abbas Əraqçi ABŞ ilə Bürgenstok danışıqlarının detallarını açıqladı

İranın naziri Əraqçi Livanda İsrail və Hizbullah arasında davam edən müharibənin sona çatması və İran neftinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında ciddi irəliləyiş olduğunu açıqlayıb.

Nazir bu barədə iyunun 22-si səhər tezdən İsveçrədə ABŞ nümayəndələri ilə keçirilən danışıqların yekununda məlumat paylaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Abbas Əraqçi özünün “X” hesabında etdiyi paylaşımda Pakistan və Qətərin yorulmaz vasitəçiliyi sayəsində Livandakı müharibənin sona çatması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

Məlumata görə, əldə olunmuş razılaşma çərçivəsində İranın və neft-kimya ixracına qoyulan məhdudiyyətlər, eləcə də blokadalar aradan qaldırılır, ölkənin bəzi dondurulmuş aktivləri açılır və İslam Respublikası üçün genişmiqyaslı yenidənqurma və inkişaf proqramı start götürür. Əraqçi əlavə edib ki, bu prosesdə ilk əsl sınaq məhz Livandakı münaqişənin tam həlli olacaq və bu məqam Pakistan ilə Qətər vasitəçilərinin birgə bəyanatında da xüsusi qeyd edilib.

Sənədə əsasən, ABŞ və İran Livanda əməliyyatların dayandırılmasına riayət olunmasını təmin etmək məqsədilə, Livan Respublikası və vasitəçilərin də köməyi ilə münaqişələrin həlli üçün xüsusi bir işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər arasında mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaq, həmçinin ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün 60 günlük birbaşa rabitə xətti təsis edilib.

Bildirilib ki, İsveçrədə keçirilən və təxminən 80 dəqiqə davam edən yüksək səviyyəli bu görüşdə Amerika tərəfini ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens (J.D. Vance), prezidentin nümayəndələri Stiv Vittkoff və Cared Kuşner təmsil edib. İran nümayəndə heyətinin tərkibində isə Məclis (Parlament) sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax