Əsas məzmuna keç

ABŞ-İran danışıqları nə vaxt keçiriləcək? - Tarix açıqlandı

ABŞ-İran danışıqları nə vaxt keçiriləcək? - Tarix açıqlandı

Omanlı nazir Badr əl-Busaidi və Abbas Əraqçi Tehranla Vaşinqtonun nüvə dosyesi üzrə yeni görüşünü təsdiqlədilər. Tərəflər mühüm razılaşma üçün mətn hazırlayır.

en ru

“ və İran arasında danışıqlar fevralın 26-da Cenevrədə keçiriləcək”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Omanın naziri Badr əl-Busaidi bildirib.

Onun sözlərinə görə, ABŞ və İran nümayəndələri arasında növbəti danışıqlar fevralın 26-da Cenevrədə baş tutacaq.

İranın xarici işlər naziri Əraqçi də daha əvvəl ABŞ nümayəndələri ilə yeni danışıqların fevralın 26-da Cenevrədə keçirilə biləcəyini açıqlamışdı.

Əl-Busaidi platforması X hesabında yazıb:

“ABŞ və İran arasında danışıqların cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırıldığını təsdiqləməkdən məmnunam”.

Qeyd edək ki, Tehranın dosyesi üzrə İran–ABŞ danışıqlarının ikinci mərhələsi fevralın 17-də Cenevrədə keçirilib. Danışıqlardan sonra Abbas Əraqçi müəyyən irəliləyiş əldə olunduğunu bildirib və Tehranla Vaşinqtonun mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləyəcəklərini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…