Əsas məzmuna keç

Abbas Əraqçi Pakistanla telefon danışığının detallarını açıqladı

Abbas Əraqçi Pakistanla telefon danışığının detallarını açıqladı

Məhəmməd İshaq Dar ilə təmasda İsrailin hücumları və nüvə obyektlərinin təhlükəsizliyi müzakirə edilib. Tehranın suverenliklə bağlı bəyanatı nəyə işarə edir?

en ru

İranın naziri Əraqçi və Pakistanın xarici işlər naziri İshaq Dar arasında baş tutan son telefon danışığında regiondakı hərbi gərginlik, eləcə də və sabitliyin bərpası yolları müzakirə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün rəsmi "Telegram" kanalında məlumat paylaşıb. Bildirilib ki, şənbə gecəsi baş tutan təmas zamanı ən son regional proseslər və ikitərəfli münasibətlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Pakistan tərəfi İrana qarşı hərbi təcavüzün dayandırılması üçün ölkəsinin xoşməramlı diplomatik səylərini izah edib. Həmçinin, regionda sabitliyin bərpası məqsədinə çatmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Öz növbəsində Abbas Əraqçi bu səyləri təqdir edərək, son 35 gün ərzində ABŞ və İsrailin həyata keçirdiyi hücumlar barədə həmkarına məlumat verib. O qeyd edib ki, bu zərbələr İranın istehsalat və sənaye infrastrukturlarına, dinc obyektlərinə, xəstəxanalara, məktəblərə, universitetlərə və yaşayış məntəqələrinə yönəlib.

"İran bütün imkanlardan istifadə etməklə ölkənin milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək," – deyə İranın xarici işlər naziri bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…