Əsas məzmuna keç

Abbas Əraqçi Küveytlə danışıq apardı

Abbas Əraqçi Küveytlə danışıq apardı

İran və Vaşinqton arasındakı anlaşma Yaxın Şərqdə nələri dəyişəcək? Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və Əraqçi arasında keçən danışığın detalları məlum olub.

en ru

İranın naziri Əraqçi Küveytin xarici işlər naziri Cabir əl-Əhməd əs-Sabah ilə ABŞ və İran arasında imzalanan anlaşma memorandumu barədə fikir mübadiləsi aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər zamanı regiondakı son vəziyyəti və Vaşinqtonla Tehran arasında əldə olunan razılaşmanı müzakirə ediblər.

Əraqçi bildirib ki, İran mehriban qonşuluq siyasətinə sadiq qalır və əldə olunan razılaşmanın Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına töhfə verəcəyinə ümid edir.

Nazirin sözlərinə görə, region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, Əraqçi Fars körfəzi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün dialoqun vacibliyini vurğulayıb.

O, həmçinin regionda mövcud qeyri-müəyyənliklərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün siyasi məsləhətləşmələrin davam etdirilməsinin zəruri olduğunu bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…