Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan parlamentinin sədri Lavrovla görüş keçirməyi planlaşdırır

2 dəq
Paylaş:
Ermənistan parlamentinin sədri Lavrovla görüş keçirməyi planlaşdırır

Milli Assambleyasının sədri Alen Simonyan fevralın 5–6-da Rusiyaya nəzərdə tutulan rəsmi səfəri çərçivəsində Rusiyanın naziri Sergey Lavrovla görüş keçirməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Simonyan “factor.am” nəşrinə müsahibəsində açıqlama verib. Bildirilib ki, səfər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti əsasında həyata keçiriləcək.

Parlament sədri qeyd edib ki, səfər zamanı Valentina ilə rəsmi görüş mütləq baş tutacaq, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla da danışıqlar planlaşdırılıb. Simonyanın sözlərinə görə, səfər çərçivəsində əlavə görüşlərin keçirilməsi də istisna edilmir.

Görüşlərin gündəliyinə toxunan Alen Simonyan bildirib ki, yanvarın 23-də Rusiya parlamentinin rəhbərliyi ilə baş tutan son telefon danışığında iki ölkənin regionları səviyyəsində razılaşdırılmış, lakin hələ imzalanmamış sənədlər müzakirə edilib.

Onun sözlərinə görə, danışıqlar zamanı –Rusiya münasibətləri, mövcud problemlər, eləcə də Rusiyada Ermənistan mədəniyyət günlərinin təşkili məsələləri diqqət mərkəzində olacaq. Simonyan vurğulayıb ki, ikitərəfli gündəliyində yer alan bütün mövzular istisnasız olaraq müzakirə ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax