“Bavariya”nın fəxri prezidenti Uli Höness yarımmüdafiəçi Jamal Musialanın səhhəti və əvvəlki formasına qayıtmaq perspektivləri barədə danışıb.
Höness bildirib ki, klub çətin seçim qarşısındadır: Musialanın xəstəliyini sadəcə müalicə edib aradan qaldırmaq mümkün deyil, ancaq dərmanlarla müəyyən dərəcədə nəzarətdə saxlamaq olar. O, futbolçunun əvvəl göstərdiyi oyun səviyyəsinə nə vaxtsa qayıda bilib-bilməyəcəyini də sual edib. Hönessin sözlərini “Bayern & Germany” yayıb.
Klub rəsmisi Musialanın müqaviləsi məsələsinə də toxunub. Onun sözlərinə görə, “Bavariya” hazırda müqaviləni şübhə altına alıb, futbolçunun indiki imkanlarının razılaşmada nəzərdə tutulan səviyyəyə uyğun gəlmədiyini bəyan etsəydi, bunun necə görünəcəyini təsəvvür etmək lazımdır.
Avqustda Musiala oyunlar zamanı ardıcıl iki dəfə huşunu itirib. Hər iki halda tibb işçiləri ona yardım göstərib, daha sonra yarımmüdafiəçi əvəzlənib.