Operativ Məlumat Mərkəzi

Şuşada həlak olan mülki şəxslə vida mərasimi keçirilir

1 dəq
Paylaş:
Şuşada həlak olan mülki şəxslə vida mərasimi keçirilir
Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti...

Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovla vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Report"a istinadən xəbərinə görə, vida mərasimi Yasamal rayonunda, mərhumun evində keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, Şuşa Şəhər İcra Hakimiyyətinin, həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vidadi Fərhadov bu gün Bakının Pirşağı qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər