Əsas məzmuna keç

Erməni rəqqas 44 il sonra Bakıya gəldi - Bunları etiraf etdi

Erməni rəqqas 44 il sonra Bakıya gəldi - Bunları etiraf etdi

Bu həftə sosial şəbəkələrdə bir xəbər yayıldı: ikiqat dünya və üçqat Avropa çempionu olan erməni rəqqas Bakıya gəlir. İlk baxışdan təəccüblü heç nə...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu həftə sosial şəbəkələrdə bir xəbər yayıldı: ikiqat dünya və üçqat Avropa çempionu olan rəqqas Bakıya gəlir. İlk baxışdan təəccüblü heç nə yoxdur. Ermənilərin Bakıda keçirilən yarışlarda iştirakı ilk dəfə deyil. Amma bu dəfə diqqət çəkən məqam yarışın özü yox, Bakıya gələn rəqqasın həyat hekayəsi idi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Arsen Ağamalyan Bakıda doğulub, Xankəndidə böyüyüb. Qarabağda müharibə başlayanda ailəsi ilə birlikdə Azərbaycanı tərk edib. İllər sonra onu yenidən Bakıya gətirən səbəb “ Rəqs Festivalı 2026” oldu. Ancaq bu səfər onun üçün sadəcə bir festivalda iştirak etmək demək deyildi. Uşaqlıq xatirələrinin qaldığı şəhəri yenidən görəcək, qohumları ilə görüşəcəkdi. Bəlkə də bizi onunla müsahibəyə cəlb edən əsas məqam elə bu idi.

İnsana hansı yaşında, hansı anda öyrədirlər ki, bax, o sənin düşmənindir? Bu gün bu sualı verən Arsen Ağamalyandır. İndi sülhdən, dostluqdan danışır. Halbuki altı il əvvəl, müharibədən sonrakı çıxışlarından birində Qarabağın Azərbaycana məxsus olmadığını bildirirdi. O dövrdə Ermənistanın Nikol Paşinyan da oxşar mövqedən çıxış edirdi. Bu gün isə regionda dəyişən reallıqlar fonunda başqa fikirlər səslənir. Arsenin hekayəsi də göstərir ki, illərlə düşmən kimi tanıdılan insanlar arasında şəxsi münasibətlər, xatirələr və dostluq üçün yer yarana bilər.

Arsen Ağamalyan illər sonra doğulduğu şəhərə – Bakıya qayıdıb. Deyir ki, Qız qalasını yenidən görəndə gözləri dolub. Azərbaycanlı tamaşaçıların alqışları isə onu uşaqlıq xatirələrinə qaytarıb.

Onun İTV Xəbər Yekununa verdiyi eksklüziv müsahibə təkcə doğulduğu şəhərə qayıdan bir insanın xatirələri deyil. Bu, həm də müharibənin insan talelərində buraxdığı izlər, illər sonra qurula bilən münasibətlər və sülhün gündəlik həyatda nə demək olduğu haqqında düşündürücü bir hekayədir.

"Operativ Məlumat Mərkəzi-OMM" İTV-nin reportajını təqdim edir:

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…