Əsas məzmuna keç

Paşinyanla Erməni Apostol Kilsəsi arasında qarşıdurma dərinləşir

Paşinyanla Erməni Apostol Kilsəsi arasında qarşıdurma dərinləşir

Ermənistanın baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə qarşı təzyiqləri artır. Müxalifət lideri Narek Karapetyan bunu rəsmi İrəvanın “Artsax”la bağlı mövqeyi ilə əlaqələndirir.

en ru

Ermənistanın Nikol Paşinyanın Kilsəsinin rəhbəri II Qaregini vəzifəsindən uzaqlaşdırmaq niyyətində olduğu iddia edilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “Güclü ” fraksiyasının lideri Narek açıqlama verib. Onun sözlərinə görə, hakimiyyətin kilsə rəhbərliyinə təzyiq göstərməsinin əsas səbəblərindən biri II Qaregini “Artsax” məsələsi ilə bağlı mövqeyidir.

Paşinyan daha əvvəl kilsənin dini ayinlər zamanı “Artsax” üçün dua etməsini tənqid edərək, bunun dini qurumun siyasi və hərbi təbliğat vasitəsinə çevrilməsinə səbəb olduğunu bildirib.

Hökumətin 2031-ci ilə qədər proqramında isə kilsənin “xarici qüvvələrin hibrid müharibə alətinə çevrilməsinin qarşısının alınması”, maliyyə şəffaflığı və din xadimlərinin fəaliyyətinin tənzimlənməsi kimi müddəalar yer alıb.

Karapetyan hakimiyyəti kilsəni nəzarətə götürməyə çalışmaqda ittiham edib. Ermənistan hakimiyyəti ilə kilsə arasında gərginliyin son dövrlərdə daha da artdığı bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…