Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüşüb

2 dəq
Paylaş:
Ərdoğan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüşüb

Prezidenti Rəcəb Tayyib Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən sədrləri ilə görüş keçirib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri görüşdə iştirak edib.

Görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax