Əsas məzmuna keç

Ərdoğan İran–ABŞ gərginliyi ilə bağlı vasitəçilik təklif edib

Ərdoğan İran–ABŞ gərginliyi ilə bağlı vasitəçilik təklif edib

Türkiyə lideri Tehran və Vaşinqton arasındakı ixtilafı bitirmək üçün hərəkətə keçdi. Abbas Araqçının Ankara səfəri və regional sabitliklə bağlı mühüm xəbər.

ru en

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın ali rəhbəri Məsud Pezeşkian arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı Türkiyə–İran ikitərəfli münasibətlərinin mövcud vəziyyəti, eləcə də regionda artan hərbi gərginlik ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, gərginliyin azaldılması istiqamətində diplomatik səylərin əhəmiyyətinə diqqət çəkib.

Ərdoğan söhbət zamanı Türkiyənin İran və ABŞ arasında mövcud olan gərginliyin aradan qaldırılması məqsədilə vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bildirib. O qeyd edib ki, problemlərin dialoq və diplomatik yollarla həlli regional baxımından mühüm əhəmiyyət daşıyır.

Türkiyə lideri, həmçinin bu gün Ankarada rəsmi səfərdə olan İranın naziri Abbas Araqçını qəbul etməyi planlaşdırdığını da diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…