Hazırda müasir dünyada rəqabətə davamlı olmaq üçün ikinci dili bilmək şagird, yeniyetmə və gənclərimizə inkişaf, əlavə bilik əldə etmə yolları, karyera və.s. imkanlar vermiş olur. Bu da reallıqdır ki, son üç il ərzində keçirilən buraxılış və qəbul imtahanlarında iştirak edən şagirdlərin aşağı təlim nəticə gostərdikləri 3 fəndən biri xarici dil (İngilis dili) fənnidir.
Qeyd edək ki, istinad olaraq təqdim edilən bu təhlil buraxılış və qəbul imtahanlarında iştirak edən şagirdlərin xarici dildən aşağı nəticə göstərmələrinin əsas səbəbini haqlı olaraq, şagirdlərin xarici dil öyrənməsini təbii dil mühitində baş verməməsi ilə izah edir. Bir digər əsas fakt budur ki, şagirdlərin təlim nəticələrinin yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin müvafiq səviyyələrinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirilir.
Müşfiqabad qəsəbəsi ərazisində yerləşən məktəbimizdə şagirdlər sırasında yüksək qavrama qabiliyyəti və ya övladının təlim prosesini xüsusi diqqətdə saxlayan valideynlərlə yanaşı, bir çox səbəblərdən tədrisə maraq gosərməyən, valideynləri tərəfindən dəstək görməyən şagirdlərdə çoxdur.
Yuxarıda sadalanmış fikirləri nəzərə alaraq məktəbin ingilis dili fənni üzrə 8-ci sinifdə zəif təlim nəticəsi göstərmiş şagirdlərinin fərdi plan əsasında 9-cu sinifdə təlim nəticələrinin yüksəldilməsinə dəstək göstərməyə ciddi ehtiyac vardır.
Layihənin məqsəd və vəzifəsidə bu cür şagirdlərdə yazı, məzmun xətti üzrə hekayə tipli bacarıqlarının, dinləyib anlama, oxuyub -anlama bacarıqlarının yüksəldilməsi, yeni model yoxlama-ölçmə materialları ilə sərbəst iş bacarıqlarının artırılmasına nail olmaq, bununla da onların keyfiyyətli təhsilalma hüquqlarını qorumaqla yanaşı, özünəinam hissini də bərpa etməkdir.
Layihəyə 16.10.2023-cü ildə start verilmişdir. Layihə çərçivəsində 32 günlük təlim dərs planlaşdırılır. Təlimlər Müşfiqabad qəsəbəsi ərazisində yerləşən 320 nömrəli tam orta məktəbdə davam etdirilir.