Operativ Məlumat Mərkəzi

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

1 dəq
Paylaş:
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o,...

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər