Əsas məzmuna keç

Attestasiyada ən zəif nəticəni hansı musiqi kolleci göstərib?

Attestasiyada ən zəif nəticəni hansı musiqi kolleci göstərib?

Cəsarət Valehov Milli Məclisdə Sumqayıt Musiqi Kollecinin imtahanlarda kütləvi uğursuzluq yaşadığını açıqladı. Konservatoriya, Şuşa və Ağdam siyahıda yer alıb.

ru en

Azərbaycanda və incəsənət məktəbləri üzrə attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisələrinin adları məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə danışıb.

Onun sözlərinə görə, Musiqi Kollecinin məzunları ən zəif nəticə göstəriblər. Bu kollecdən məzun olanların 287 nəfəri attestasiyada uğursuz olub.

Eyni zamanda, digər təhsil müəssisələrini bitirənlər arasında uğursuz nəticə göstərənlərin statistikası aşağıdakı kimidir:

  • Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci: 170 nəfər
  • Şuşa Musiqi Kolleci: 60 nəfər
  • Bakı Musiqi Akademiyası: 33 nəfər
  • Ağdam Musiqi Kolleci: 24 nəfər
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…