Əsas məzmuna keç

İncəsənət məktəbləri üçün 3 yeni tədris proqramı təsdiqləndi

İncəsənət məktəbləri üçün 3 yeni tədris proqramı təsdiqləndi

Mədəniyyət Nazirliyi musiqi və rəssamlıq təhsilində islahatlara başlayıb. Yeni tədris planları şagirdlərin bacarıqlarını necə inkişaf etdirəcək?

en ru

Xor dirijorluğu, saksofon ixtisasları və elementar nəzəriyyəsi fənni üzrə proqramları yenilənib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) məlumat yayıb.

Proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb.

Yenilənmiş proqramlar məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…