Əsas məzmuna keç

İncəsənət məktəblərində imtahan qaydaları tamamilə dəyişdi

İncəsənət məktəblərində imtahan qaydaları tamamilə dəyişdi

Mədəniyyət Nazirliyi musiqi və rəssamlıq məktəblərində yekun attestasiya qaydalarını dəyişir. Yeni sistemin təfərrüatları və şagirdləri nələr gözləyir? Öyrənin.

ru en

Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq imtahanları keçiriləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yeni mexanizm Azərbaycanda bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur.

Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir.

Mərkəzləşdirilmiş imtahanlarda 8600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq.

İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq.

Tətbiq edilən bu yenilik incəsənət təhsilində keyfiyyət standartlarının yüksəldilməsinə, qiymətləndirmə sisteminin daha müasir və effektiv əsaslarla qurulmasına xidmət edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…