Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"

Elnarə Cavadova: "Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür"
16.01.2024 15:21
Aa
dəq

Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib.

O qeyd edib ki, məsələ uşağın və ailənin razılığı ilə həyata keçirilir: “Eyni valideynlər ən çox 5 uşağı övladlığa götürə bilər. Burada istisna hal bacı və qardaşların sayıdır. Əgər bacı-qardaşlar çoxdursa və bir-birindən ayrılmaq istəmirlərsə, daha çox sayda uşağı eyni valideynlər övladlığa götürə bilər”.

E.Cavadova vurğulayıb ki, himayədar ailələrə də dəstək məqsədilə dövlət tərəfindən müavinətlər nəzərdə tutulub:
“Bu müavinətlər uşağın yaşına görə dəyişir. 0-6 yaş arası uşağı himayə edən ailələrə 355 manat, uşağın əlilliyi olduqda 395 manat müavinət verilir. 7-13 yaş arası uşağı himayə edən ailələrə 375 manat, uşağın əlilliyi olduqda 415 manat, 14-18 yaş arası uşağın himayədarı olan valideynlərə 395 manat, uşağın əlilliyi olduqda 435 manat məbləğində aylıq müavinətlər ödənilir. Bununla bərabər, əlavə olaraq himayədar ailələrə hər rübdə 200 manat məbləğində birdəfəlik dəstək ödənişi də edilir”.

 

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu