Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü

2 dəq
Paylaş:
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü

Bu gün Azərbaycanın Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüşdə ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax