“El-klasiko” öncəsi inamlıyıq” – Xavi

“El-klasiko” öncəsi inamlıyıq” – Xavi
13.03.2023 13:35
Aa
dəq

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 25-ci turunun “Atletik”lə oyunundan sonra (1:0) açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" DAZN-a istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını söyləyib:

“Hər şey olduğu kimi qalıb. Biz daha yaxşı oynamalı və hücumlar qurmalıyıq. Çətin səfər matçında hesabı açdıq. Sona qədər dözməli idik. Bu qələbə qızıla bərabərdir. Liderliyimizi qoruyub saxladıq. Qələbəyə layiq idik. “El-klasiko” öncəsi inamlıyıq.

Matçda 2-3 aydın qol epizodumuz oldu. Müdafiədə də yaxşı çıxış etməliyik. Hücumu təkmilləşdirmək şərtdir. Sakit və səbirli olmalıyıq. Mən komandamın durumundan çox razıyam. Biz La Liqanın və UEFA Çempionlar Liqasının qalibi “Real”ı 9 xal qabaqlayırıq”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 65 xalla liderdir. “Atletik” isə 33 xalla doqquzuncudur.

Həftənin ən çox oxunanları

Fatih Terim "Panatinaikos"dan ayrılıb

Fatih Terim
DAVAMIN OXU davamın oxu

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
DAVAMIN OXU davamın oxu

AFFA “Zirə”yə xəbərdarlıq edib

AFFA “Zirə”yə xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

Tuxel "Bavariya"da qala bilər

Tuxel
DAVAMIN OXU davamın oxu

"Mançester Yunayted" ulduz futbolçularını itirə bilər

DAVAMIN OXU davamın oxu