Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qurban Qurbanov: Sanki Çempionlar Liqasının oyununda idik

2 dəq
Paylaş:
Qurban Qurbanov: Sanki Çempionlar Liqasının oyununda idik

Sanki Çempionlar Liqasının oyununda idik. Stadion tam dolmuşdu. Buna görə azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyi bizə əlavə motivasiya verdi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri “”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra keçirilən konfransında deyib.

Təcrübəli mütəxəssis bugünkü qələbənin vacibliyini vurğulayıb: “Gərgin matç keçdi. Bəzi futbolçuların hazırlıq səviyyəsi digərlərindən fərqlənirdi. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Rəqib bizi çox yaxşı analiz etmişdi. Hesab nə qədər üstün olsa da, bu, cavab oyununa daha ciddi hazırlaşmalı olduğumuzu göstərir. Daha məsuliyyətli olmalıyıq”.

Qurban Qurbanov Montielin oyunda iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: “Müəyyən səbəblərdən heyətdə yer almadı. Bu, zədə ilə bağlı deyildi. Ola bilər ki, qarşıdakı matçlarda digər futbolçularımız da kənarda qalsınlar”.

Baş məşqçi gənc futbolçu Əli Bəşirovun çıxışını da dəyərləndirib: “Çalışırıq ki, onu indidən bu atmosferə alışdıraq. İstedadlı futbolçudur. Oynamasa da, belə oyunların ab-havasını hiss etməsi onun üçün böyük təcrübədir. İnkişafına töhfə vermək bizim üçün də sevindiricidir. Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Gələcəyi üçün faydalı təklif olarsa, maneə olmayacağıq”.

Qurbanov Elvin Cəfərquliyevin transfer ehtimalı barədə də danışıb: “Elvin Cəfərquliyevin başqa kluba transferi baş tutsaydı, buna etiraz etməzdik. Amma hər bir halda qayda-qanun var. Lazım gəldikdə sərt qərarlar da verməliyik. Onunla bir neçə görüşümüz oldu və yenidən komandaya qayıtdı”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax