Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Sabah”ın baş məşqçisi: İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik

3 dəq
Paylaş:
“Sabah”ın baş məşqçisi: İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik

UEFA Çempionlar Liqasındakı ilk qələbə münasibətilə hər kəsi təbrik edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Uelsin TNS klubunu 2:0 hesabı ilə məğlub edən “Sabah”ın Valdas Dambrauskas konfransında deyib.

Litvalı mütəxəssis oyunun çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib: “Futbolçulara da bunu demişdik. Səbirli oynamaq vacib idi. Qarşıda bizi süni örtüklü meydançada keçiriləcək cavab görüşü gözləyir. Həmin matçda daha diqqətli və tam konsentrasiyalı olmalıyıq. Oyunun sonlarında azlıqda qaldıq. Rəqib iki top fərqini aradan qaldırmaq üçün irəli atılacaq. Biz isə onların buraxacağı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

O bildirib ki, ilk hissədən sonra oyun planını dəyişməyə ehtiyac görməyiblər: “İstəyimiz boş zonalara sürətli keçidlər etmək idi. İlk qolu künc zərbəsindən vurduq. İkinci qol isə məhz planlaşdırdığımız hücumun nəticəsi oldu. İlk dəqiqələrdən edən biz idik və düşünürəm ki, qələbəyə layiq idik”.

Çalışdırıcı müdafiəçi Stiv Solvetin qırmızı vərəqə almasının cavab matçına təsirini hələlik qiymətləndirməyin çətin olduğunu söyləyib: “Stiv bizim üçün çox önəmli futbolçudur. Ancaq onun mövqeyində çıxış edə biləcək iki oyunçumuz var. Onların bu itkini kompensasiya edəcəyinə inanıram. Qırmızı vərəqənin təsirini isə cavab görüşündə görəcəyik”.

Baş məşqçi komandasının daha çox qol vurmaq imkanlarının olduğunu da bildirib: “Əlbəttə, daha böyük hesablı qələbə qazanmaq istərdik. Bununla belə, 2:0 hesabı da yaxşı nəticədir. İnanıram ki, cavab görüşündə rəqib daha açıq futbol oynayacaq və bu, bizə əlavə imkanlar yaradacaq”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 14-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax