Misir Qəzza zolağındakı münaqişənin nizamlanması məqsədilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilmiş Sülh Şurasına üzv olmağa razılıq verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, müvafiq dəvət ABŞ lideri tərəfindən Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanlanıb.
Rəsmi Qahirə bu addımı müsbət qiymətləndirərək təşkilatın tərkibinə daxil olduğunu bəyan edib:
Qeyd edək ki, sözügedən şura regionda sabitliyin təmin olunması və Qəzza böhranının siyasi yollarla həlli istiqamətində fəaliyyət göstərmək üçün yaradılıb.