ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı qlobal münaqişələrin gərginləşməsi riskindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-nin əsas hədəfinin yeni bir dünya müharibəsinin qarşısını almaq olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, Ukraynadakı mövcud hərbi münaqişə onun 2020-ci il seçkilərindəki məğlubiyyəti səbəbindən baş verib.
O, qeyd edib ki, əgər həmin vaxt hakimiyyətdə qalsaydı, hadisələr tamamilə fərqli məcrada inkişaf edərdi:
"Biz Üçüncü Dünya Müharibəsini istəmirik və onun qarşısını almağa çalışırıq. Hesab edirəm ki, əgər mən seçilməsəydim, bu vəziyyət Üçüncü Dünya Müharibəsinə çevrilə bilərdi. Bu, həqiqətən çox pis bir vəziyyət idi".
Ağ Evin rəhbəri əlavə edib ki, 2020-ci il seçkilərinin nəticələri fərqli olsaydı, hazırda Ukraynada davam edən qanlı qarşıdurma heç başlamazdı.