Əsas məzmuna keç

Əfqanıstanda daşqınlar nəticəsində 13 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 13 nəfər ölüb

Əfqanıstanın müxtəlif əyalətlərində son günlər yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı mətbuata açıqlama verib.

Rəhimi bildirib ki, daşqınlar ən çox Lagman, Paktiya, Daykundi, Xost, Nangerhar, Meydan Vardak, Qəndəhar, Baglan və Gor əyalətlərində təsir edib.

Rəhimi qeyd edib ki, 3000 hektardan çox kənd təsərrüfatı sahəsi və 56 evə də ziyan dəyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…