Əsas məzmuna keç

Əfqanıstan və Pakistan arasında gərginlik: Hava zərbələri və qarşılıqlı ittihamlar

Əfqanıstan və Pakistan arasında gərginlik: Hava zərbələri və qarşılıqlı ittihamlar

Taliban rəhbərliyi Pakistan ərazisinə hava zərbələri endirdiyini açıqlayıb, İslamabad isə pilotsuz uçuş aparatlarının vurulduğunu bildirir.

en ru

və arasında münasibətlər yenidən gərginləşib. Əfqanıstandakı “Taliban” rəhbərliyi Pakistan ərazisinə endirdiyini rəsmən təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyatlar Pakistanın əyalətinin Saranan qəsəbəsi və Xeybər-Paxtunxva bölgəsindəki bəzi məntəqələrdə həyata keçirilib. Kabil tərəfi bu zərbələrin “DEAŞ” terror təşkilatına məxsus mövqeləri hədəf aldığını açıqlayıb.

Məlumata görə, Pakistan hadisəyə sərt reaksiya verib. Pakistan Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin Bəlucistan üzərində 4 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

Bildirilib ki, yerli rəsmilərin açıqlamasına əsasən, vurulan PUA-lardan biri Saranan qəsəbəsində məktəblərdən birinin yaxınlığına düşüb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı qeyd olunub.

Qeyd edək ki, bölgədə gərginlik son günlər daha da artıb. Məlumata görə, bazar ertəsi günü Pakistan Əfqanıstanın şərq bölgələrinə hava zərbələri endirib və nəticədə azı 28 nəfər həyatını itirib.

Pakistan rəsmiləri Əfqanıstanı öz ərazilərində fəaliyyət göstərən silahlı qruplara sığınacaq verməkdə və hücumların planlaşdırılmasına şərait yaratmaqda ittiham edir. “Taliban” hökuməti isə bu ittihamları qəbul etmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…