Əsas məzmuna keç

DYP sürücülərə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi

DYP sürücülərə yağışlı hava ilə bağlı xəbərdarlıq etdi

Bakı və bölgələrdə müşahidə olunan yağıntılı şərait sürücüləri təşvişə salıb. Yol Polisi sürət həddini aşmamaq və ciddi təhlükəsizlik qaydalarına riayət etməklə bağlı vacib göstərişlər verib.

en ru

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsi () xəbərdarlıq yayıb.

Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.

"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, həddini nəzarətdə saxlamağı, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - məlumatda qeyd olunub.

Həmçinin qeyd olunub ki, sinoptiklərin məlumatına əsasən iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacaq, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olacaq. Bu səbəbdən onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinmək xahiş olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…