Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DYP sürücülərə həftəsonu ilə bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
DYP sürücülərə həftəsonu ilə bağlı xəbərdarlıq edib

Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında vasitələrinin sayının kəskin artması təhlükəsizliyinə xüsusi diqqət tələb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Dövlət İdarəsi sürücülərə müraciətində bildirib.

Qeyd olunub ki, günlərində şəhərdənkənar istiqamətlərə, eləcə də turizm və istirahət zonalarına yönələn intensiv axını fonunda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsidir.

Məlumatda vurğulanıb ki, həftəsonları avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, yol təhlükəsizliyinin təmin edilməsi yalnız inzibati nəzarətdən asılı deyil. Təhlükəsiz mühitin formalaşması hər bir sürücünün şəxsi məsuliyyəti və sükan arxasındakı davranışı ilə birbaşa bağlıdır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri mövsümə uyğun hava şəraitini nəzərə almağa, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmamağa, yorğun və yuxusuz halda avtomobil idarə etməməyə çağırıb. Eyni zamanda sürət həddinə riayət olunmasının, ara məsafəsinin saxlanılmasının, ötmə və manevr qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Xüsusilə uzun məsafəli səfərlər zamanı fasilələrin verilməsi, avtomobilin texniki vəziyyətinin əvvəlcədən yoxlanılması və yol şəraitinə uyğun hərəkət edilməsi tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax