Əsas məzmuna keç

DYP skuter sürücülərinə xəbərdarlıq etdi

DYP skuter sürücülərinə xəbərdarlıq etdi

BDYPİ paytaxtda fərdi mobil vasitə idarə edənlərə xəbərdarlıq etdi. İki nəfərin minməsi və sürət həddi qəza riskini artırır. Qaydaları pozanları nə gözləyir?

ru en

DİN-in Baş Dövlət İdarəsi skuter istifadəçilərinə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətdə deyilir:

"Məsuliyyətsizlik faciəyə səbəb ola bilər. Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip vasitələrindən istifadə zamanı qaydalarına riayət edilməməsi baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır".

Qeyd olunub ki, skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:

Bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);

Piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;

İşıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;

Gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;

Azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

"Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər", müraciətdə deyilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…