Əsas məzmuna keç

BDYPİ həftəsonları yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib

BDYPİ həftəsonları yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib

DİN istirahət günləri magistral yollarda artan qəza riskinə qarşı müraciət yaydı. Sürət həddi, yorğunluq və nasazlıqla bağlı hansı qaydalara əməl olunmalıdır?

ru en

Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında vasitələrinin sayının kəskin artması təhlükəsizliyinə xüsusi diqqət tələb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) sürücülərə müraciətində bildirib.

Qeyd olunub ki, günlərində şəhərdənkənar istiqamətlərə, eləcə də turizm və istirahət zonalarına doğru intensiv hərəkət axını müşahidə olunur. Bu zaman baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə əlaqədardır.

Müraciətdə vurğulanıb ki, BDYPİ tərəfindən həftəsonları avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin olunması yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması hər bir sürücünün şəxsi məsuliyyətindən və sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırıb ki, texniki cəhətdən nasaz vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı fasilələr vermək, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlamaq və yol şəraitinə uyğun hərəkət etmək vacib hesab olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…