Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük iki yanacaqlı konteyner gəmisini istifadəyə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Gəmi eyni anda 24 min standart konteyner daşıya və yüklərin çəkisi 220 min tona çata bilir. Konteyner gəmisi Şərqi Asiyadan Avropaya yük daşıyacaq.
Televiziya kanalı qeyd edir ki, konteyner gəmisi hündürlüyünə görə 25 mərtəbəli binaya bərabərdir. Mühərriklərində yanacaq, ilk növbədə LNG istifadə edən gəmi yanacaq doldurduqdan sonra 20 min dəniz mili (37 min km-dən çox) qət edə bilir.