Dünyanı qorxuya salan meymunçiçəyi virusu ilə bağlı MÜHÜM AÇIQLAMA: “Azərbaycanda da…”

Dünyanı qorxuya salan meymunçiçəyi virusu ilə bağlı MÜHÜM AÇIQLAMA: “Azərbaycanda da…”
16.08.2024 17:20
Aa
dəq

COVID-19-dan sonra dünyanı yeni pandemiya "qucaqlayır". Yayılan yeni virusun, ya da epidemiyanın adı meymunçiçəyidir. ÜST yavaş-yavaş dünyanı ələ alan bu virusa görə hətta qlobal fövqəladə vəziyyət də elan edib. Afrika, Konqo, Avstraliya, Pakistan, indi də Türkiyə... 

Bəs bu “qara siyahıda” Azərbaycan da varmı? Yeni pandemiyaya Azərbaycan da yoluxa bilərmi? Ümumiyyətlə ehtimal nə qədərdir? Azərbaycanı yeni karantin rejmi gözləyirmi?

Mövu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Respublika Kliniki Xəstəxanasının həkim-infeksionisti Tofiq Hacıyev deyir ki, "Mpox" virus (əvvəlki adıyla meymunçiçəyi) xəstəliyi yeni bir xəstəlik deyil. Meymunlarda 1958-ci, insanlarda isə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında görülüb. Xəstəliyin törədicisi "Mpox" virusu (Monkeypox virus) DNT tərkibli virusdur:

“Daha əvvəl 1A alt tipində geniş yayılma müşahidə edilib və hazırda 1B alt tipi yayılıb. Bu formanın yoluxduruculuq qabiliyyəti isə daha yüksəkdir. Həmçinin yoluxan şəxalərdə xəstəliyin gedişi daha ağırdır və xəstəlik meymunlardan əlavə sincab, siçan və siçovul kimi gəmiricilərdən də insana yoluxa bilir. Virus insana xəstə şəxslərdən, xəstə heyvanlardan və virusla çirklənmiş əşyalardan keçə bilir, həmçinin hava, damcı, təmas, transmissiv yolla da yoluxma mümkündür. Xəstəliyə yoluxmuş insan və heyvanın ölkəmizə gəlməsi nəticəsində və ya həmin ərazilərə səyahət edən şəxslərin xəstə insan və heyvanlarla təması nəticəsində xəstəliyə yoluxması və beləliklə bizim ölkədə yayılması da mümkündür”.

Monkeypox: Risk factors, severity and more | News

Doktor bildirir ki, xəstəliyin əlamətləri yüksək temperatur, baş ağrısı, yorğunluq, limfa düyünlərində şişkinlik və səpgilərdir. Əlamətlər virusla təmasdan 6-13 gün sonra ortaya çıxır. Dəridəki səpgilər temperatur başladıqdan 1-3 gün sonra üzə çıxır, gövdəyə nisbətən üzdə, yuxarı və aşağı ətraflarda daha çox görülür. Ovuc içi və ayaq altında, ağız içində, genital bölgələrdə və gözlərdə səpgilər görülə bilir. Səpgilər ilk əvvəl makülopapülyoz görünümündə olur. Daha sonra vezikül (içi şəffaf maye ilə dolu) və püstülyoz formada görünür. Püstülyoz səpgilər qabıq bağlıyır və qabıqların düşməsi ilə yaralar sağalır. Bu müddət ortalama 2-4 həftə davam edir. Xəstəlik pnevmoniya, sepsis, ensefalitlə ağırlaşa bilər, həmçinin görmə pozğunluğu da yarana bilər. Hətta ağırlaşma halı olarsa, insan orqanizmasında fəsadları qala,  ölümlə belə nəticələnə bilər.

“Xəstə ilə təmas edən şəxslərdə 21 gün simptomların varlığı izlənilməlidir. Xəstəliyin ağırlaşması uşaqlar və immunsupressiv xəstələrdə daha çox görülür. 2019-cu ildə FDA tərəfindən təsdiqlənmiş JYNNEOSTM vaksini istifadə edirlər. Xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına, xüsusən əl gigiyenasına əməl etmək, insanların sıx toplaşdığı ərazilərdən uzaq olmaq və xəstəlik halı aşkarlanarsa, həmin xəstənin izolyasiya qaydalarına ciddi əməl etmək lazımdır. Xəstəliyin həmçinin ev heyvanlarına da yoluxa biləcəyini nəzərə alaraq heyvanlara da xüsusi diqqət edilməlidir”. 

T.Hacıyev deyir ki, bu xəstəliyin Azərbaycanda da yayılma ehtimalı var. Amma o qədər də geniş yayılacağı düşünülmür. Çünki COVID-dən fərqli olaraq asimtomatik xəstələr nadir rastlanır, xəstəlik halları tez aşkarlanır və DNT tərkibli virus olduğu üçün də tez-tez mutasiya olacağı gözlənilmir.

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu