Əsas məzmuna keç

Dubay Hava Limanı uçuşları dayandırdı

Dubay Hava Limanı uçuşları dayandırdı

Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələri ilə reyslərin qəbulunu dondurub. Dubai Media Office sərnişinlərə xəbərdarlıq etdi: Bərpa nə vaxtdır?

en ru

Dubayın iki beynəlxalq hava limanının dövlət operatoru olan "Dubai Airports" şirkəti fəaliyyətin qismən bərpa olunduğunu rəsmən təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şirkətin bəyanatına əsasən, bir sıra reyslər artıq Beynəlxalq (DXB) və Əl-Maktum - "Dubai World Central" (DWC) üzərindən həyata keçiriləcək.

Sərnişinlərə vacib xəbərdarlıq edilib: "Səyahət edənlərə aviaşirkətləri tərəfindən uçuşun bron edilməsi təsdiqlənmədiyi təqdirdə DXB və ya DWC hava limanlarına getməkdən çəkinmələri şiddətlə tövsiyə olunur, çünki cədvəl daim dəyişir".

Həmçinin vurğulanıb ki, "Dubai Airports" müvafiq qurumlarla koordinasiyalı şəkildə vəziyyəti diqqətlə izləməyə davam edir. Qeyd edək ki, hazırda Dubayda iki beynəlxalq hava limanı fəaliyyət göstərir.

Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələrinə görə təyyarələrin qəbulunu və yol salınmasını dayandırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Dubai Office" "X" sosial şəbəkəsində məlumat yayıb.

"Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir", - bəyanatda bildirilib.

Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…