Əsas məzmuna keç

DTX Biləsuvarda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxsləri saxlayıb

DTX Biləsuvarda narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxsləri saxlayıb

İrandan Azərbaycana dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənlər saxlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində...

en ru

İrandan Azərbaycana vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənlər saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.

Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn vətəndaşları Rüfət Bayram oğlu Bədəlov və Rüstəm Əli oğlu Muxtarov cinayət başında yaxalanaraq saxlanılıb, onlardan 14 kq 158 qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülb.

Faktla bağlı başlanılmış üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…