Əsas məzmuna keç

İrandan 78 kq narkotik keçirilməsinin qarşısı alındı

İrandan 78 kq narkotik keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti Astara istiqamətində əməliyyat keçirdi. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin təfərrüatı açıqlandı.

en ru

İrandan Azərbaycana 78 kiloqram 250 və 1990 ədəd nakotik tərkibli həbin yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…