Əsas məzmuna keç

İran sərhədində 32 kq narkotik tutuldu

İran sərhədində 32 kq narkotik tutuldu

Dövlət Sərhəd Xidmətinin əməliyyatı nəticəsində qaçaqmalçılıq cəhdinin qarşısı alınıb. Saxlanılan külli miqdarda narkotik vasitənin təfərrüatları açıqlandı.

en ru

İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…