Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət müəssisələrinin rəqəmsal monitorinqində qeydiyyat sayı açıqlandı

2 dəq
Paylaş:
Dövlət müəssisələrinin rəqəmsal monitorinqində qeydiyyat sayı açıqlandı

Bu ilin I yarısında " dövlət maliyyəsi" informasiya sisteminin "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemində 1 034 müəssisə qeydiyyatdan keçib, altsistem vasitəsilə 1 315 aylıq və 7 244 hesabat təqdim olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 466 müəssisə 2026-cı il üçün təsdiqlənmiş hesabatı, 532 müəssisə 2027-ci il üçün dividend proqnozu hesabatı, eləcə də 654 müəssisə növbəti il üçün büdcə proqnozu hesabatını təqdim edib.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin Əsasnaməsi ölkə Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilib. "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemi isə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax