Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tusk: ABŞ Avropanı həqiqətən qoruyacaqmı?

2 dəq
Paylaş:
Donald Tusk: ABŞ Avropanı həqiqətən qoruyacaqmı?

Tusk ABŞ-nin Avropaya dəstəyi ilə bağlı şübhələrini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Polşanın Tusk “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Bildirilib ki, Tusk ABŞ-nin mümkün hücum halında Polşaya və digər Avropa ölkələrinə yardım edib-etməyəcəyi ilə bağlı şübhələrinin olduğunu deyib.

Qeyd olunub ki, o, “Vaşinqton Polşanı Avropadakı ən yaxın müttəfiqlərdən biri hesab edir, lakin real vəziyyətdə bunun necə olacağı sual altındadır” ifadəsini işlədib.

Məlumata görə, Tusk NATO-nun 5-ci maddəsinin hələ də qüvvədə olduğuna inanmaq istədiyini, lakin bəzi hallarda tərəddüdlər yaşadığını vurğulayıb.

qeyd edib ki, bu şübhələr sentyabr ayında hava məkanına daxil olan 24 naməlum dron hadisəsindən sonra daha da artıb.

Bildirilib ki, Varşava bu hadisəni “ təxribatı” kimi qiymətləndirsə də, tərəfdaşlarını buna inandırmaq çətin olub.

Tusk həmçinin Rusiyanın yaxın aylarda Avropaya hücum edə biləcəyi ehtimalını da səsləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax