ABŞ Prezidenti Donald Tramp ölkəyə qanunsuz yollarla gətirilən narkotik vasitələrin qarşısının alınması istiqamətində görülən işlər barədə bəyanat verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən dövlət başçısı su nəqliyyatı vasitəsilə həyata keçirilən narkotrafikin 97% azaldığını diqqətə çatdırıb.
Prezident yaxın gələcəkdə quru yolları ilə daxil olan qaçaqmalçılığa qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıb:
"Çox tezliklə biz quru yolu ilə gələn narkotiklərlə məşğul olacağıq. Onların haradan gəldiyini dəqiq bilirik", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, bundan əvvəl verdiyi müsahibələrdə Amerika lideri narkokartellərin faktiki olaraq Meksikanı idarə etdiyini bildirmiş və bu təhlükəyə qarşı daha kəskin addımların atılacağını anons etmişdi.