Operativ Məlumat Mərkəzi

Tramp: "Mən olmasaydım, hazırda NATO mövcud olmazdı"

1 dəq
Paylaş:
Tramp: "Mən olmasaydım, hazırda NATO mövcud olmazdı"
ABŞ-ın sabiq prezidenti Donald Tramp Şimali Atlantika Alyansının qorunub saxlanılmasında müstəsna rolu olduğunu iddia edib.

ABŞ-nin sabiq prezidenti özünün hesabında Şimali Atlantika Alyansı (NATO) ilə bağlı kəskin fikirlər səsləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, siyasətçi bildirib ki, heç bir təşkilatın inkişafı üçün onun qədər səy göstərməyib.

Trampın sözlərinə görə, onun prezidentliyi dövründə atdığı addımlar olmasaydı, NATO artıq fəaliyyətini dayandırmışdı.

"Əgər mən gəlməsəydim, hazırda NATO olmazdı! Alyans tarixin arxivinə gömülərdi. Bu, acı da olsa, bir həqiqətdir!"

Xatırladaq ki, hakimiyyəti illərində NATO-ya üzv dövlətləri hərbi xərcləri artırmağa məcbur etmək üçün onları tez-tez tənqid atəşinə tuturdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax