ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Venesuela yaxınlığında narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən gəmilərə edilən hücumlardan sonra administrasiya quru hədəflərinə zərbələr endirməyi nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
“Dəqiq demək istəmirəm, amma biz dənizə nəzarət etdiyimiz üçün indi quruya baxırıq”, - deyə o bildirib.
O, həmçinin əlavə edib ki, narkotik tacirləri ilə əlaqəsi olan qayıqlar məhv edildikdən sonra bölgədə “bir neçə gün” ərzində heç bir gəminin qalmadığını müşahidə ediblər.
ABŞ lideri vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əvvəlki səylər “siyasi baxımdan düzgün işləməyib” və administrasiya bu istiqamətdə daha sərt addımlar atmağı planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın öz ölkəsini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi iddia edilən dövlətlər siyahısına daxil etməsinə kəskin reaksiya verib.