Əsas məzmuna keç

"Disney" xərcləri azaltmaq üçün 1000-ə yaxın işçisini ixtisar edəcək

"Disney" xərcləri azaltmaq üçün 1000-ə yaxın işçisini ixtisar edəcək

"Walt Disney" şirkəti yaxın həftələrdə marketinq şöbəsi başda olmaqla 1000-ə qədər əməkdaşını işdən çıxarmağı planlaşdırır.

en ru

"Walt " şirkəti yaxın həftələrdə 1000-ə qədər işçisini etməyə hazırlaşır. İxtisarların əsasən şöbəsinə təsir edəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, bu prosesə hazırlıqlar Coş D'Amaro mart ayında icraçı direktor vəzifəsinə keçməzdən əvvəl başlayıb.

İxtisarlar şirkətin təxminən 231 minlik ümumi işçi qüvvəsinin 1 faizindən azını təşkil edəcək.

Bu addım şirkətin əvvəlki xərclərin azaldılması tədbirlərinin davamıdır.

Qeyd edək ki, "Disney" 2023 və 2024-cü illərdə də oxşar addımlar atıb. Xərcləri məhdudlaşdırmaq və əməliyyatları optimallaşdırmaq üçün 7000-ə yaxın işçi ixtisar edilib. Striminq biznesindəki uzunmüddətli zərərlərdən sonra gəlirliliyin artırılması hədəflənib.

Yeni ixtisar dalğası həmçinin baş marketinq direktoru Ayazın rəhbərliyi altında həyata keçirilən "Project Imagine" adlı daxili təşəbbüslə bağlıdır.

Xəbərlərin ardınca şirkətin səhmlərində 4 milyard dollarlıq ucuzlaşma qeydə alınıb.

"Reuters" agentliyi məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini və "Disney" tərəfindən hələlik rəsmi şərh verilmədiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…