Əsas məzmuna keç

"Diplomatiyadan imtina edən İran deyil"

"Diplomatiyadan imtina edən İran deyil"

Tehran İranın proqramı ilə bağlı Vaşinqtonla danışıqlara hörmətlə yanaşmaq şərti ilə yenidən başlamağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın naziri Abbas Əraqçi deyib.

"Diplomatiyadan imtina edən İran deyil, danışıqlar zamanı həmişə öz iradələrini tətbiq etməyə çalışan Amerika və Qərb ölkələridir. Diplomatiya hələ də mövcud olmaq hüququna malikdir və mübahisələrin həlli üçün əsas vasitə olaraq qalır, lakin onun standartlarına, qaydalarına və prinsiplərinə edilməlidir", - nazir bildirib.

O əlavə edib ki, İran xalqı ilə ləyaqət və hörmət dili ilə danışsalar, eyni dildə cavab alacaqlar: "Əvvəllər və İran beş raund danışıqlar aparıb, lakin ABŞ-nin dəstəklədiyi İsrailin İranın nüvə obyektlərinə hücumları səbəbindən proses yarımçıq qalıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…